Ana Sayfa > Karusel / Sosial > Vanqanın 2018-ci il illə bağlı proqnozları ortaya çıxdı
Vanqanın 2018-ci il illə bağlı proqnozları ortaya çıxdı27-12-2017, 13:00. Yazar: Admin |
Tarix boyunca verdiyi proqnozlarla beynəlxalq ictimaiyyətdə tanınan və 1996-cı ildə vəfat edən bolqar əsilli Vanqanın 2018-ci ildə baş verəcək hadisələrlə bağlı proqnozu ortaya çıxıb.
11 sentyabr terrorunu bilən Vanqa, Venera və Çin ilə proqnozlar verib. Bolqarıstanda yaşayan və proqnozları ilə ölümündən sonra belə danışılmağa davam edən Vanqanın 2018-ci il ilə bağlı proqnozları beynəlxalq mətbuatın gündəmi oldu.
"Qarabaginfo" "Modern.az"a istinadən xəbər verir ki, İngiltərənin məşhur “The Sun” qəzeti, Vanqanın 11 Sentyabr hücumlarını və İŞİD haqqında doğru proqnozlar verdiyini yazaraq, 2018-ci il üçün də iki vacib məlumat verib.
“Balkanların Nostradamusu” olaraq adlandırılan Vanqanın 2018-dəki proqnozları isə xeyli həm təəccübləndirici, həm də reallığa uyğundur.
Vanqanın 2018-ci il üçün il proqnozu Çin ilə bağlıdır. Vanqa, 2018-ci ildə Çinin ABŞ-ı keçərək Dünyanın “Yeni super” gücü olacağını iddia edib. Son illərdə iqtisadiyyatı yüksələn Çinin 1970-ci illərdə dünya iqtisadiyyatına qatqısı 4,1% olduğu halda bu rəqəm 2015-ci ildə 15,6%-ə yüksəlib. Qəzetin verdiyi xəbərdə, Vanqanın bu təxmininin gerçəkləşmə payının çox olduğu bildirilib.
Kahinin ikinci təxmini isə kosmosla əlaqəlidir.
Mütəxəssislərə görə Vanqa, 2018-ci ildə Venera ilə bağlı bir irəliləyişin olduğunu bildirir. Venerada yeni bir enerji formulunun kəşf ediləcəyini öncədən görən Vanqanın bu proqnozunun da gerçəkləşmə ehtimalı var. Geri dön |