Ana Sayfa > Karusel / Dünya > Beyrut limanındakı partlayışa görə məsuliyyət daşıyanlar cəzalandırılacaq
Beyrut limanındakı partlayışa görə məsuliyyət daşıyanlar cəzalandırılacaq4-08-2025, 13:00. Yazar: Admin |
2020-ci il avqustun 4-də Livanın paytaxtı Beyrut limanında baş verən partlayışa görə məsuliyyət daşıyanlar cəzalandırılacaq. Qarabatginfo.az xəbər verir ki, bunu Livan prezidenti Cozef Aun deyib. O bildirib ki, həqiqət tam müstəvidə araşdırılacaq və vəzifəsindən asılı olmayaraq faciəyə görən məsuliyyət daşıyanların hamısı öz layiqli cəzalarını alacaqlar. Xatırladaq ki, Beyrut limanında baş verən partlayış nəticəsində 220-dən çox insan ölmüş, yaralı sayı isə 6500-ü keçmişdi. Hadisənin üzərində beş il keçsə də, hələlik heç kim mühakimə olunmayıb. Geri dön |