Prezident Tramp xüsusi nümayəndə Stiven Uitkoffun tezliklə Rusiyaya səfər edəcəyini bildirib.
Qarabaginfo.az bildirir ki, Tramp xüsusi nümayəndəsinin Moskvaya planlaşdırdığı səfərlə bağlı təfərrüatları açıqlamayıb. Uitkoff Rusiyaya əvvəlki səfərləri zamanı Vladimir Putinlə görüşüb.
Ağ Evdə keçirdiyi brifinqdə çıxış edən Donald Tramp Rusiyaya qarşı mümkün sanksiyaları da açıqlayıb və Rusiyanın Ukraynaya yeni hücumlarını “iyrənc” adlandırıb.
Son məlumatlara görə, iyulun 31-nə keçən gecə Kiyevə hücum nəticəsində üçü uşaq olmaqla 27 nəfər həlak olub. Rusiya raketlərindən biri doqquz mərtəbəli binanın girişinə düşüb. 159 nəfər yaralanıb. Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.