Ana Sayfa > Karusel / Multimedia > Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb
Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb31-07-2025, 14:56. Yazar: Admin |
Dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb. Bu barədə Qarabaginfo.az-a MEDİA-dan məlumat verilib. AzTV, Space TV, ATV, Xəzər TV, ARB TV, ARB24 və Real TV televiziya kanalları proqram kateqoriyasında qalib olub. Sosial videoçarx kateqoriyasında isə AzTV, ATV və ARB24 televiziya kanalları uğur qazanıb. Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 23 may 2025-ci ildə elan olunub. Geri dön |