Ana Sayfa > Karusel / Kriminal > Cəlilabadda polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar
Cəlilabadda polis və sərhədçilər axtarışda olan şəxsi saxlayıblar31-07-2025, 11:53. Yazar: Admin |
Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub. Aidiyyəti üzrə araşdırmalar davam etdirilir. Geri dön |