Ana Sayfa > Karusel / Siyasət > Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru: “S-400 1 nömrəli hava hücumundan müdafiə sistemidir”
Türkiyə Müdafiə Sənayesi İdarəsinin direktoru: “S-400 1 nömrəli hava hücumundan müdafiə sistemidir”17-12-2020, 14:13. Yazar: Admin |
"ABŞ-ın birtərəfli qaydada Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Milli Müdafiə Nazirliyi, Türk Silahlı Qüvvələri, təhlükəsizlik qüvvələrimizə təsir etməyəcək”.Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, ABŞ-ın sanksiya qərarı müttəfiqlik ruhuna uyğun deyil.
İ. Dəmirin sözlərinə görə, bu sanksiya onların fəaliyyətinə ciddi əngəl törətməyəcək: “Bizim qurum alqı-satqı yox, layihə həyata keçirir. Birbaşa ixrac etmək səlahiyyətimiz yoxdur. Bizim işimiz müdafiə sənayesi şirkətləri üzərindən icra olunur. Yəni bu sanksiyanın bizə əsaslı təsiri olmayacaq. Amma bu o demək deyil ki, biz dayanacağıq, əksinə biz daha aktiv fəaliyyət göstərəcəyik”. Direktor qeyd edib ki, Rusiyadan aldıqları S-400 öz sinfində 1 nömrəli hava hücumundan müdafiə sistemidir. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib. ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Türkiyəyə qarşı sanksiya Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alındığı üçün tətbiq olunub. Geri dön |