Ana Sayfa > Karusel / Dünya > Livan prezidenti siyasi partiyaları silahları təhvil verməyə çağırıb

Livan prezidenti siyasi partiyaları silahları təhvil verməyə çağırıb


31-07-2025, 11:44. Yazar: Admin

Livan prezidenti Cozef Aun

 

Livan prezidenti Cozef Aun ölkədəki siyasi partiyaları öz silahlarını mümkün olduğu qədər tez təhvil verməyə çağırıb.

Qarabaginfo.az “Al-Arabiyya” qəzetinə istinadən xəbər verir ki, Livan prezidenti ölkənin ordu və təhlükəsizlik qüvvələrinin gücləndirilməsi üçün növbəti 10 il ərzində illik olaraq 1 milyard dolların ayırılacağını bildirib.

Qeyd edək ki, son vaxtlar Livanda Hizbullahın tərk-silah olunması ilə bağlı müzakirələr gedir.

Sözügedən təşkilat isə bunun İsrailin xeyrinə olduğunu iddia edərək tərk-silah olunmaqdan imtina edir.


Geri dön