Ana Sayfa > Karusel / Siyasət > İran XİN rəhbəri: Hazırda Avropa üçlüyü ilə danışıqlar aparmaq üçün bir səbəb yoxdur
İran XİN rəhbəri: Hazırda Avropa üçlüyü ilə danışıqlar aparmaq üçün bir səbəb yoxdur31-07-2025, 11:19. Yazar: Admin |
İran Avropa üçlüyü ilə danışıqlar üçün səbəb görmür. Qarabaginfo.az xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi “Financial Times”-a müsahibəsində bildirib. “Hazırda avropalılarla danışıqlar aparmaq üçün heç bir səbəb yoxdur. Çünki, onlar sanksiyaları ləğv edə bilmirlər. Onlar, ümumiyyətlə, heç bir şey edə bilmirlər”, - Əraqçi qeyd edib. O, Avropa üçlüyünün (Fransa, Britaniya, Almaniya) “snapback” mexanizmini tətbiq edəcəkləri təqdirdə, bunun onlar üçün yolun sonu olacağı ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki’ “snapback” mexanizmi 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına əsasən, İranın öhdəliklərinə əməl etmədiyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların yenidən qüvvəyə minməsini nəzərdə tutur. Geri dön |