Ana Sayfa > Karusel / Dünya > Harris Baydenin vəziyyətinin pisləşməsi ilə bağlı ifadə verəcək

Harris Baydenin vəziyyətinin pisləşməsi ilə bağlı ifadə verəcək


Dünən, 10:08. Yazar: Admin

Harris Baydenin vəziyyətinin pisləşməsi ilə bağlı ifadə verəcək

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsi tərəfindən sabiq dövlət başçısı Co Baydenin vəziyyətinin pisləşməsi ilə bağlı ifadə vermək üçün çağırılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə komitənin sədri Ceyms Komer məlumat verib.

"Kamala Harrisin Kaliforniya ştatının qubernatorluğuna namizədliyini irəli sürməməsinin başqa bir yaxşı tərəfi odur ki, onun gəlib Nümayəndələr Palatasının Nəzarət Komitəsinə Baydenin idrak qabiliyyətinin azalması ilə bağlı ifadə verməyə daha çox vaxtı olacaq. Kamala Harrisin çağırış vərəqəsi alma ehtimalı çox yüksəkdir", - o, “Fox News”a müsahibəsində deyib.


Geri dön