Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya "İsgəndər -M" raketi ilə Çerniqova zərbələr endirib, ölən və yaralanan var
Ana Sayfa > Karusel / Dünya > Rusiya "İsgəndər -M" raketi ilə Çerniqova zərbələr endirib, ölən və yaralanan var

Rusiya "İsgəndər -M" raketi ilə Çerniqova zərbələr endirib, ölən və yaralanan var


30-07-2025, 10:53. Yazar: Admin

Rusiya "İsgəndər -M" raketi ilə Çerniqova zərbələr endirib, ölən və yaralanan var

Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri vasitəsilə zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, hədəfdə Ukrayna ordusunun 169-cu dislokasiya düşərgəsi olub. Raket hücumu nəticəsində xeyli sayda ölü və yaralının olduğu qeyd edilib.

Ukrayanın UNIAN İnformasiya Agentliyi də məlumatı təsdiqləyib.

Qeyd edək ki, “İsgəndər-M” raketləri 500 kilometrlik məsafədəki hədəfi zərərsizləşdirmək qabliliyyətinə malikdir.


Geri dön