Ana Sayfa > Karusel / Siyasət / Kriminal > "Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktorunun cəzası azaldılıb
"Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktorunun cəzası azaldılıb29-07-2025, 22:01. Yazar: Admin |
"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktorunun apellyasiya şikayətinə baxılıb "Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevlə bağlı hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə hökmü dəyişdirilib Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Habil Vəliyevin cəzası 1 il azaldılıb.
İttihamların mahiyyəti Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsaəsn Habil Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Habil Vəliyev bir neçə nəfəri şantaj etməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. H.Vəliyev daha əvvəl eyni ittihamla 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Geri dön |