Ana Sayfa > Karusel / Region > Rusiya Xarkovda dinc əhaliyə atəş açıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Rusiya Xarkovda dinc əhaliyə atəş açıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb


29-07-2025, 15:20. Yazar: Admin

Rusiya Xarkovda dinc əhaliyə atəş açıb, 5 nəfər ölüb, 3 nəfər yaralanıb

Bu gün səhər saatlarında Rusiya ordusunun Xarkovda humanitar yardımın paylanmasını gözləyən dinc əhaliyə atəş açması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, əməliyyat zamanı reaktiv yaylım atəş sistemindən istifadə edilib.

Hadisə vilayətin İzyumsk rayonunun Borovskaya inzibati ərazi vahidində baş verib.

Əraziyə istintaq-əməliyyat qrupu və kriminalistlər cəlb olunub, araşdırma aparılır.


Geri dön