Ana Sayfa > Karusel / Dünya > Ukrayna MN: Rusiya ilə uzunmüddətli sülhə güc vasitəsilə nail olmaq prioritetimizdir
Ukrayna MN: Rusiya ilə uzunmüddətli sülhə güc vasitəsilə nail olmaq prioritetimizdir28-07-2025, 15:09. Yazar: Admin |
“Rusiya ilə münaqişədə uzunmüddətli sülhə güc yolu ilə nail olunması prioritetimizdir”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukraynanın müdafiə naziri Denis Şmıqal ABŞ-ın bu ölkədəki müvəqqəti işlər vəkili Culi Devis, hərbi attaşe Bred Nikolson və Vaşinqtondan gələn hərbçilərdən ibarət nümayəndə heyəti ilə görüşüb. Danışıqlarda pilotsuz uçuş aparatlarının birgə istehsalı da daxil olmaqla, hər iki ölkənin hərbi sahədə əldə etdikləri razılaşmaların icrası ətrafında vəziyyət nəzərdən keçirilib. Geri dön |