Ana Sayfa > Karusel / İdman > Maradonanın cəsədindən DNT testi götürüləcək
Maradonanın cəsədindən DNT testi götürüləcək17-12-2020, 10:43. Yazar: Admin |
Əfsanəvi futbolçu Dieqo Maradonanın cəsədindən DNT testi üçün nümunə götürüləcək. Qarabaginfo.az xəbərb verir ki, bu barədə Argentina məhkəməsi qərar verib. Maradonanın ölümündən sonra qohumları və dostları arasında miras davası çıxıb. Sabiq baş məşqçinin yalnız 5 rəsmi övladının olmasına baxmayaraq, onun övladı olduğunu bildirən bir neçə nəfər DNT testi üçün müraciət edib. Son olaraq 25 yaşlı Maqali Gil onun qızı olduğunu iddia edib. Daha əvvəl vəkili Maradonadan DNT nümunələrinin götürüldüyünü söyləsə də, məhkəmə əfsanəvi futbolçunun cəsədinin yaxın vaxtlarda yandırılmaması barədə qərar verib. Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında evində ürək çatışmazlığından vəfat edib. Apasport.az Geri dön |