Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Hadisə > MAXE dənizdə boğulan yeniyetməni xilas edərkən özü də boğuldu
MAXE dənizdə boğulan yeniyetməni xilas edərkən özü də boğuldu28-07-2025, 11:13. Yazar: Admin |
Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində 2 nəfərin dənizdə boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. Qarabaginfo.az xəbər verir ki, Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə baş verən hadisə vaxtı dənizdə boğulan yeniyetmələrdən birini DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu xilas edib. Belə ki, 2003-cü il təvəllüdlü MAXE Əliyev Rəvan Şahin oğlu boğulmaqda olan 16 yaşlı Sənan Şamayevi xilas edib. O, digər yeniyetmə - 16 yaşlı Cabbarov Əli Elşən oğlunu xilas edərkən hər ikisi suda boğulub. Bildirilir ki, yeniyetmələr dənizə Sənanın atası ilə birgə gediblərmiş. Faktla bağlı araşdırma aparılır. Geri dön |