Ana Sayfa > Karusel / Dünya > Suriyada parlament seçkiləri sentyabrda olacaq
Suriyada parlament seçkiləri sentyabrda olacaq28-07-2025, 08:55. Yazar: Admin |
“Suriyada parlament seçkilərinin 15-20 sentyabr tarixləri arasında keçirilməsi planlaşdırılır”. Qarabaginfo.az xəbər verir ki, bunu Xalq Məclisi Seçkiləri üzrə Ali Komitənin sədri Məhəmməd Taha əl-Əhməd bildirib. O qeyd edib ki, seçki prosesi Ali Seçki Komissiyasının nəzarəti və koordinasiyası altında aparılacaq: “Xalq Məclisindəki deputat yerlərinin sayının 150-dən 210-a qaldırılacağı elan edilib. Yeni tənzimləmə ilə vilayətlərin Məclisdəki təmsilçilik nisbəti əhalinin siyahıya alınmasına əsasən yenidən müəyyən olunacaq. Bu üzvlərdən 70-i isə prezident tərəfindən təyin ediləcək. Qadınların seçki orqanlarındakı iştirak nisbətinin azı 20% olması üçün də müəyyən işlər aparılır”. Geri dön |