Ana Sayfa > Karusel / Dünya > İsrail ordusu Qəzza sakinləri üçün havadan humanitar yardım atıb

İsrail ordusu Qəzza sakinləri üçün havadan humanitar yardım atıb


Bu gün, 11:30. Yazar: Admin

İsrail ordusu Qəzza sakinləri üçün havadan humanitar yardım atıb - YENİLƏNİB

İsrail Müdafiə Ordusu (İDF) Qəzza zolağı sakinlərinə humanitar yardım məqsədilə havadan yeddi konteynerin atıldığını bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bütün siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Müdafiə Ordusu Qəzza zolağına humanitar yardımın təmin olunması və çatdırılmasına dəstək göstərmək məqsədilə havadan yardım göndərib", – deyə açıqlamada bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən bu əməliyyat çərçivəsində içərisində un, şəkər və konservləşdirilmiş məhsullar olan yeddi humanitar yardım konteyneri Qəzzaya atılıb.


Geri dön