Ana Sayfa > Karusel / Qarabağ > FHN: Azərbaycanda dağlıq ərazidə baş verən yanğınlar tam söndürülüb - VİDEO
FHN: Azərbaycanda dağlıq ərazidə baş verən yanğınlar tam söndürülüb - VİDEOBu gün, 11:16. Yazar: Admin |
Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar mürəkkəbliyinə baxmayaraq, Fövqəladə Hallar Nazirliyi yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı və əməkdaşların xüsusi fədakarlığı sayəsində tam söndürülüb. Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hazırda Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərində yanğınla mübarizə tədbirləri intensiv şəkildə fasiləsiz olaraq davam etdirilir. Əlavə məlumat veriləcək. Geri dön |