Ana Sayfa > Karusel / Sosial > Bir ölər, min dirilərik...
Bir ölər, min dirilərik...Bu gün, 11:08. Yazar: Admin |
Sosial şəbəkələrdə yayılan doğum haqqında şəhadətnamənin fotosu diqqət çəkib. Qarabaginfo.az xəbər verir ki, şəhadətnaməni ön plana çıxaran məqam isə yeni doğulan körpənin adının Həşimov Polad olmasıdır. Bu ilin iyunun 23-də dünyaya gələn körpənin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla adaş olması maraqla qarşılanıb. Və bir çoxunun beynində eyni fikir yaranıb: Bir ölər, min dirilərik... Qeyd edək ki, Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci il tarixdə Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhid general-mayor ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Geri dön |