Ana Sayfa > Karusel / Dünya > Rubio: Vens 2028-ci ildə ABŞ prezidenti postuna namizəd ola bilər
Rubio: Vens 2028-ci ildə ABŞ prezidenti postuna namizəd ola bilərBu gün, 11:07. Yazar: Admin |
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizəd ola bilər. Qarabaginfo.az xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib. “Məncə, Cey Di əla namizəd olardı”, – deyə o qeyd edib. Rubiodan həmçinin 2028-ci ildə özü prezidentliyə namizəd olmaq niyyətində olub-olmadığı soruşulub. “Heç vaxt bilmək olmur ki, gələcək nə gətirəcək. Heç nəyi istisna etmirəm”, – deyə Rubio cavab verib. O əlavə edib ki, hazırda tamamilə Dövlət Departamentindəki vəzifəsinə fokuslanıb: “Mən bu işlə prezident mənə icazə verdiyi müddət ərzində məşğul olmaq istəyirəm. Hesab edirəm ki, işləməyə davam etsək, vətənimə yaxşı xidmət etmiş olacağam”. Geri dön |