Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Almaniya Ukraynaya üç Patriot sistemi təhvil verib
Ana Sayfa > Karusel / Dünya > Almaniya Ukraynaya üç Patriot sistemi təhvil verib

Almaniya Ukraynaya üç Patriot sistemi təhvil verib


26-07-2025, 22:14. Yazar: Admin

Almaniya Ukraynaya üç Patriot sistemi təhvil verib

Almaniya artıq üç Patriot sistemini Kiyevə təhvil verib və hazırda əlavə sistemlərin tədarükü və dəyişdirilməsi barədə ABŞ-la danışıqlar aparır.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post“ (WP) məlumat yayıb.

“Berlin artıq üç Patriot sistemini Ukraynaya təhvil verib və əlavə sistemlərin tədarükü və dəyişdirilməsi barədə Vaşinqtonla danışıqlar aparır”, - məqalədə deyilir.

ABŞ prezidenti Donald Tramp iyulun 14-də bildirib ki, Avropa bu cür tədarükləri ödəyəcəyi təqdirdə Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməyə davam etmək qərarına gəlib.


Geri dön