Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Prezidentin köməkçisi Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı məsələyə münasibət bildirib
Ana Sayfa > Karusel / Siyasət / Region > Prezidentin köməkçisi Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı məsələyə münasibət bildirib

Prezidentin köməkçisi Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı məsələyə münasibət bildirib


26-07-2025, 18:02. Yazar: Admin

Picture background

“Bu sual Ermənistan tərəfinə verilməlidir. ABŞ şirkətləri ilə əməkdaşlıq onların öz işidir. Biz isə öz işimizlə məşğul oluruq: nəqliyyat əlaqələrimizi genişləndiririk, qonşularımız olan Gürcüstan, İran və Rusiya ilə təmaslar qururuq”.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətlərinə verilməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.

O bildirib ki, bu cür əlaqələr bütövlükdə regiona fayda verə bilər:

“Əgər Ermənistan buna hazır olacaqsa, biz Transqafqaz nəqliyyat dəhlizini birgə inkişaf etdirmək istərdik”.


Geri dön