Ana Sayfa > Karusel / Dünya > Hikmət Hacıyev: Avropanın bəzi aparıcı KİV-ləri Azərbaycan əleyhinə məqsədyönlü təbliğat aparırlar

Hikmət Hacıyev: Avropanın bəzi aparıcı KİV-ləri Azərbaycan əleyhinə məqsədyönlü təbliğat aparırlar


Dünən, 13:28. Yazar: Admin

Picture background

“Təəssüf ki, Almaniya mətbuatı da daxil olmaqla, Avropanın bəzi aparıcı kütləvi informasiya vasitələri Azərbaycan əleyhinə məqsədyönlü təbliğat aparırlar. Yeni reallıqlara baxsaq, Tramp Administrasiyası USAID-in əvvəlki Administrasiya ilə birlikdə çoxsaylı gizli əməliyyatlar həyata keçirdiyini aşkarlayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.

O söyləyib ki, USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb:

“Onlar regiondakı bir sıra kütləvi informasiya vasitələrini maliyyələşdirərək, bu KİV-lərə Azərbaycandakı hadisələri neqativ yöndən işıqlandırmağı tapşırırdılar. İndi nisə əksinə, biz Azərbaycanla bağlı daha az neqativ məqalələrin dərc edildiyinin şahidi oluruq. Çünki artıq USAID-in keçmiş rəhbəri Samanta Pauer kimi insanlar yoxdur. O, Azərbaycana və onun xalqına genetik səviyyədə nifrət edirdi”.


Geri dön