Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR
Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLARDünən, 13:00. Yazar: Admin |
Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib. Belə ki, ölkədə ən yüksək kredit faizləri Dağlıq Şirvan iqtisadi rayonundadır. Bu regionda orta kredit faiz dərəcələri 19.80% təşkil edir. İkinci sırada 19.73 faizlə Mil-Muğan iqtisadi rayonu yer alır. Kredit faizlərinin yüksək olduğu digər ərazilər isə Qarabağ (19,58%) Lənkəran-Astara (19,49%) və Şirvan-Salyan (19,36%), Mərkəzi Aran (19.28) iqtisadi rayonlarıdır. Ölkədə banklar ən aşağı faizlə Bakıda kredit verirlər. Paytaxtda bu göstərici 12%-dir. Naxçıvan iqtisadi rayonunda isə 14.92 faiz təşkil edib. Qeyd edək ki, ilin əvvəlindən banklar 28,4 milyard manat dəyərində kredit veriblər. Bunun 21,7 milyard manatı Bakının payına düşüb. Geri dön |