Ana Sayfa > Karusel / Təhsil > Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminə start verilib
Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçiminə start verilibDünən, 12:35. Yazar: Admin |
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb. Bu barədə Qarabaginfo.az-a İnsan Resusları Mərkəzindən məlumat verilib. Bildirilib ki, Namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Qeyd edək ki, vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər. Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq. Geri dön |