Ana Sayfa > Karusel / Siyasət > Hakan Fidan və Səlcuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblər
Hakan Fidan və Səlcuk Bayraktar “IDEF 2025” sərgisində “Azərsilah”ın stendini ziyarət ediblərDünən, 10:06. Yazar: Admin |
İstanbulda keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev iyulun 24-də Nigeriya Federativ Respublikasının müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Somali Federativ Respublikasının müdafiə naziri Ahmed Moallim Fiqi, Cənubi Afrika Respublikasının müdafiə və vətən veteranları nazirinin müavini Bantubonke Harrington Holomisa və Səudiyyə Ərəbistanı Krallığının icra məsələləri üzrə müdafiə nazirinin müavini Khalid bin Hussein Al-Biyari ilə görüşüb. MSN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, görüşlər zamanı “IDEF 2025” sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, bu tədbirin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb. Nazir V.Mustafayev onlara sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib.
Geri dön |