Ana Sayfa > Karusel / Siyasət > Paşinyan Rusiyadadır, Baş nazirlə görüşüb

Paşinyan Rusiyadadır, Baş nazirlə görüşüb


24-07-2025, 14:08. Yazar: Admin

 

Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Qarabaginfo.az xəbər verir ki, görüş Rusiya Federasiyasının Altay Respublikasında keçirilən ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfrans çərçivəsində baş tutub.

Görüşdə Ermənistan-Rusiya münasibətlərinin hazırkı kursu müzakirə olunub.

Eyni zamanda, ikitərəfli əməkdaşlığın gündəliyinə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyətə və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.


Geri dön