Ana Sayfa > Karusel / Siyasət > Lukaşenkonun Estoniyaya girişi qadağan olunub

Lukaşenkonun Estoniyaya girişi qadağan olunub


24-07-2025, 13:18. Yazar: Admin

Lukaşenkonun Estoniyaya girişi qadağan olunub

Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla, 273 Belarus vətəndaşının Estoniyaya girişinə müddətsiz qadağa qoyulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ERR dövlət teleradiosu Estoniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Estoniya hökuməti bununla bağlı qərar qəbul edib.

“Sanksiyaların tətbiqindən təxminən 5 il sonra Belarusda müsbət dəyişikliklər baş vermədi”, - Estoniya xarici işlər naziri Margus Tsaxkna bildirib.

Lukaşenkodan əlavə, sanksiya siyahısında Belarusun yüksək vəzifəli məmurları, hakimləri və təhlükəsizlik orqanlarının əməkdaşları da var.

Xatırladaq ki, rəsmi Tallin 2020-ci ildə Minskə qarşı sanksiyalar tətbiq edib.


Geri dön