Ana Sayfa > Karusel / Region > Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib

Ermənistan parlamentinin sədri Marqarita Simonyanı təhqir edib


24-07-2025, 11:44. Yazar: Admin

Picture background

Ermənistan parlamentinin sədri Alen Simonyan RT telekanalının baş redaktoru Marqarita Simonyanı təhqir edib.

Qarabaginfo.az xəbər verir ki, Alen Simonyan özünün “Telegram” kanalında Marqarita Simonyanı çirkin məxluq adlandırıb və onu Ermənistanın suveren işlərinə qarışmaqda ittiham edib.

Spiker Marqarita Simonyanın "yan"la bitən soyadından başqa onun Ermənistan və erməni xalqı ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

“O, Ermənistan rəhbərliyini təhqir edir, insanları ölkəmizdə mitinqə, hakimiyyəti devirməyə çağırır. Və yalan yayır, eyni zamanda, ölkəni və insanları təhdid edir. Məsələn, mövcud olmayan sənəd haqqında naməlum qəzetin mövcud olmayan müəlliflərinə istinad edərək başqa bir yalan yayır”, - Alen Simonyan qeyd edib.

Erməni spiker vurğulayıb ki, Marqarita Simonyan “daha bir qızıl medal uğrunda mübarizə aparır” və əlavə edib ki, bu, Ermənistana qarşı hibrid müharibənin daha bir təzahürüdür.

Alen Simonyan Ermənistanda tezliklə seçkilərin keçiriləcəyini xatırladaraq bu cür hücumların davamlı olacağına diqqət çəkib.


Geri dön