Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu
Ana Sayfa > Karusel / Gündəm > Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu

Ramiz Mehdiyevin qızı mübarizəni uduzdu


24-07-2025, 10:15. Yazar: Admin

 

ramiz-mehdiyevin-qizi-mubarizeni-uduzdu

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “Baku Oksford Məktəbi”ndə 1/2 hissə pay uğrunda mübarizəsi başa çatıb.

Qarabaginfo.az qafqazinfo.az-a istinadən xəbər verir ki, ötən gün Ali Məhkəmə son qərarını açıqlayıb.

Yüksək instansiya məhkəməsi təsdiq edib ki, nə Kamilə Əliyeva, nə də məktəbin təsisçisi Mehriban Məmmədova əmlak üzərində mülkiyyət hüququna malikdir. Bu səbəbdən kassasiya şikayəti rədd edilib. “Baku Oksford Məktəbi” rəsmən müsadirə edilmiş hesab olunub.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona, xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə 13 il 9 ay həbs cəzası verilib.

Məmmədovun özünün və yaxınlarının milyonlarla manat dəyərində əmlakı, o cümlədən “Baku Oksford Məktəbi” də müsadirə olunub.


Geri dön