Ana Sayfa > Karusel / İnfrastruktur > Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır

Sabahdan bu küçədə hərəkət tam məhdudlaşdırılır


23-07-2025, 17:34. Yazar: Admin

sabahdan-bu-kucede-hereket-tam-mehdudlasdirilir

Sabahdan Bakının Səbail rayonunda təmirlə bağlı yolda hərəkətə məhdudiyyət qoyulacaq. 

Qarabaginfo.az-a AAYDA-dan verilən xəbərə görə, sabah saat 08:00-dan iyulun 25-i saat 22:00-a qədər Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışıla yanaşmalarını və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.


Geri dön