Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Təhsil > “Magistratura formal pilləyə çevrilib” - 3300 yer boş qalıb
“Magistratura formal pilləyə çevrilib” - 3300 yer boş qalıb23-07-2025, 15:30. Yazar: Admin |
“Universitetlər boş plan yerləri ilə baş-başa qalıb, magistratura formal pilləyə çevrilib” Qarabaginfo.az xəbər verir ki, bu fikirləri təhsil sahələri üzrə ekspert Kamran Əsədov özünün Feysbuk hesabında bildirib. “Magistratura pilləsinə ixtisas seçimi edən 15 min 555 nəfərdən 13 min 446 nəfəri qəbul olunub. Amma bu rəqəmlərin arxasında çox acı bir reallıq var: ümumilikdə 16 min 794 plan yeri ayrılıb, lakin 3 min 300-dən çox plan yeri boş qalıb! Bu nə deməkdir? Deməkdir ki, universitetlər ehtiyacdan artıq magistr planı veriblər. Bu yerlər üçün nə tələbə var, nə də maraq. Nəticədə həm universitetlər maliyyə itirir, həm də az tələbə ilə formalaşan qruplarda tədrisin keyfiyyəti ciddi şəkildə zəifləyir. Bu, həm təhsilalanlara, həm də təhsilverənlərə zərbədir”. Geri dön |