Ana Sayfa > Karusel / Sosial > Nazirlikləri qohum-əqrəbası, yeznə-qaynı, baldızı, tanış-bilişi ilə dolduran MƏMURLAR
Nazirlikləri qohum-əqrəbası, yeznə-qaynı, baldızı, tanış-bilişi ilə dolduran MƏMURLAR27-12-2017, 11:28. Yazar: Admin |
Dünyanın əksər yerində olduğu kimi, Azərbaycanda da yüksək vəzifəyə gedib çatmaq heç də asan deyil. Bunun enişli-yoxuşlu yolları, əzab-əziyyəti var. Təbii ki, söhbət kiminsə himayədarlığı sayəsində tez bir zamanda “yağlı kökə” tapanlardan getmir.Təəssüf ki, belələri az deyil və asan yolla vəzifə təyinatı alan bu şəxslər işə başlayan kimi çapıb-talamağa cəhd göstərirlər. Bir çox hallarda da buna nail olmağı bacarırlar. Onların bu əməlləri daha yüksək vəzifədəki “dayıları” işdən atılanda faş olur..
Qanunda göstərilib ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
Hüquqşünas belə faktların mövcudluğunun sirr olmadığını bildirib: “Elmi adı nepatizmdir, yaxın qohumların tabeçilik münasibətlərində işləməsi, yaxud vəzifəli şəxsin qohum və dostlarını ətrafında toplayaraq hansısa idarədə, müəssisədə çalışması anlamını ifadə edir”. Qeyd edək ki, bu məfhum adını latınca “bacıoğlu” sözündən götürür və elə tarixdə ən məşhur nümunələri də katolik kilsəsi rəhbərlərinin bacı və qardaş oğulları ilə bağlıdır. Orta əsrlərdə (dini qaydalara əsasən, öz uşaqları olmayan) Roma papaları kardinal rütbələrini və kilsə torpaqlarını öz bacıoğlularına verərlərmiş.
“Hətta bu məsələlərə görə məsuliyyəti müəyyənləşdirən normalar da yoxdur. Bu sahədə qanunda boşluqlar var. Əlbəttə ki, bu, seçkili orqanlara şamil olunmur. O şəxslər ki, konstitusion institutların təşkilindədir, onların qohumları ilə birlikdə çalışmaları qadağan olunmur. Problemin aradan qaldırılması üçün maneələrdən biri də vəzifəli şəxslərin maraqlarını toqquşmasının qarşısının alınması haqqında qanunun olmamasıdır. Bu da müəyyən dərəcədə problemi həll edə bilər”.
Geri dön |