Norveçin Baş naziri Yonas Qar Störe Ukraynaya "Patriot" zenit-raket kompleksinin alınması üçün maliyyə dəstəyi göstərməyə hazır olduqlarını təsdiqləyib.
Qarabaginfo.az "NRK" telekanalına istinadə xəbər verir ki, bu barədə o, Berlində Almaniya kansleri Fridrix Mertslə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Norveç Ukraynaya ‘Patriot’ sisteminin tədarükü üçün ödəniş etməyə hazırdır və biz bunu Almaniya ilə əməkdaşlıq çərçivəsində həyata keçirməyi planlaşdırırıq”, – deyə Norveçin hökumət başçısı vurğulayıb.