Ana Sayfa > Karusel / Region > Rusiya siyahı yaydı: 5 ölkə ön sırada – Azərbaycan da var
Rusiya siyahı yaydı: 5 ölkə ön sırada – Azərbaycan da varDünən, 17:07. Yazar: Admin |
2025-ci ilin ilk dörd ayının nəticələrinə görə, Rusiya şokoladının əsas alıcısı Qazaxıstan olub. Qarabaginfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb. “Hesabat dövründə Qazaxıstan bu növ məhsulu Rusiyadan ümumilikdə 78,3 milyon dollara alıb. Rusiyadan şokolad idxal edən əsas 5 ölkə sırasında, həmçinin 23,4 milyon dollarla Azərbaycan, Özbəkistan (21,4 milyon), Qırğızıstan (14,7 milyon) və Gürcüstan (8 milyon) yer alıb”, – deyə bildirilib. Məlumata görə, İilk 10-luğa Ermənistan (5,7 milyon), Serbiya (3 milyon), Moldova (2,4 milyon) və Almaniya (2,1 milyon) da daxil olub. Eyni zamanda, Çin 2025-ci ilin yazının sonlarına doğru Rusiya şokoladının idxalını aktiv şəkildə artırmağa başlayıb. Geri dön |