Ana Sayfa > Karusel / Sosial > Bu ərazilərdə qaz kəsiləcək
Bu ərazilərdə qaz kəsiləcəkDünən, 16:52. Yazar: Admin |
Sabirabadın 10 kəndinin qaz təchizatında fasilə yaranacaq. Qarabaginfo.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, diametri 315 mm olan “Ulacalı-Qaragüney” ortatəzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar iyulun 22-si saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Gügəcühür, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 5293 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Geri dön |