Ana Sayfa > Karusel / Dünya > "X" Fransanın ittihamlarını qərəzli hesab edir

"X" Fransanın ittihamlarını qərəzli hesab edir


Dünən, 16:29. Yazar: Admin

"X" Fransanın ittihamlarını qərəzli hesab edir

“X” sosial şəbəkə platforması Fransanın ittihamlarını təkzib edib.

Qarabaginfo.az xəbər verir ki, “X” Fransanın iddialarının siyasi motivli olduğunu bildirərək, bu cür addımların Fransa qanunvericiliyini təhrif etdiyini və ölkədə söz azadlığını məhdudlaşdırdığını bəyan edib.

Qeyd edək ki, Fransa Baş Prokurorluğu “X” platformasını istifadəçilərin şəxsi məlumatlarını xarici kəşfiyyat orqanlarına ötürməkdə ittiham edib və məsələ ilə bağlı araşdırmaya başlayıb.


Geri dön