Ana Sayfa > Karusel / Təhsil > Prezident təhsillə bağlı vacib dəyişikliyi TƏSDİQLƏDİ

Prezident təhsillə bağlı vacib dəyişikliyi TƏSDİQLƏDİ


Dünən, 16:28. Yazar: Admin

Prezident təhsillə bağlı vacib dəyişikliyi TƏSDİQLƏDİ

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilib.

Məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Bundan başqa, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Vurğulanır ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.


Geri dön