Ana Sayfa > Karusel / Siyasət > Kreml: Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır
Kreml: Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır21-07-2025, 15:26. Yazar: Admin |
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “həqiqətən, iki ölkə münasibətlərinin möhkəm təməli var, iki ölkənin maraqları üst-üstə düşür və qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var”. “Ancaq bəzən olur ki, münasibətlərdə çətin dövrlər olur. İndi bu dövrlərdən biridir. Ümid edirik ki, bu dövr geridə qalacaq”, - Kremlin nümayəndəsi qeyd edib. Geri dön |