Ana Sayfa > Karusel / Səhiyyə > Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib
Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilibDünən, 10:58. Yazar: Admin |
Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə iyun-iyul aylarında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məhkəmələrin hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda silsilə təlimlər təşkil olunub. Ədliyyə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, təlimlər yüksək emosional və psixoloji təzyiq şəraitində çalışan hakimlərin emosional dayanıqlılığının gücləndirilməsi, stresin səbəblərinin daha dərindən anlaşılması və bu hallar qarşısında praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb. Geri dön |