Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İranda saxlanılan avtobuslar Naxçıvana çatır
Ana Sayfa > Karusel / Region > İranda saxlanılan avtobuslar Naxçıvana çatır

İranda saxlanılan avtobuslar Naxçıvana çatır


20-07-2025, 23:21. Yazar: Admin

İranda saxlanılan avtobuslar Naxçıvana çatır

İran İslam Respublikasından keçən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem aradan qaldırılıb.

Qarabaginfo.az xəbər verir ki, avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar.

Artıq avtobuslar Naxçıvana çatır.

Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılsa da, 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir.
Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.


Geri dön