Ana Sayfa > Karusel / Kriminal > Borclu kimi axtarışda olan 36 nəfər saxlanılıb

Borclu kimi axtarışda olan 36 nəfər saxlanılıb


Dünən, 10:59. Yazar: Admin

Borclu kimi axtarışda olan 36 nəfər saxlanılıb

İyulun 18-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülmə və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.


Geri dön