Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Britaniya Rusiya kəşfiyyatının 18 üzvünə qarşı sanksiya tətbiq edib
Ana Sayfa > Karusel / Dünya > Britaniya Rusiya kəşfiyyatının 18 üzvünə qarşı sanksiya tətbiq edib

Britaniya Rusiya kəşfiyyatının 18 üzvünə qarşı sanksiya tətbiq edib


18-07-2025, 16:17. Yazar: Admin

Britaniya Rusiya kəşfiyyatının 18 üzvünə qarşı sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyanın kəşfiyyat orqanlarının üzvü olmaqda ittiham etdiyi 18 şəxsə sanksiya tətbiq edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.

Yerli mətbuat, sözügedən şəxslərin gizli bomba əməliyyatlarında, qəsdən yanğın törətməkdə, Avropada müxtəlif infrastrukturlara ziyan vurmaqda, həmçinin genişmiqyaslı kiberhücumlar törətməkdə ittiham olunduğunu bildirir.

Sanksiyaya məruz qalan şəxslərin Rusiyanın hərbi kəşfiyyatı olan QRU üçün işlədiyi məlum olub. Eyni zamanda, QRU-nun üç şöbəsi də sanksiyaya məruz qalıb.

Onların arasında Britaniyada yaşayan keçmiş rus kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yulia Skripala qarşı sui-qəsdin iştirakçıları da var.

Qeyd edək ki, 2018-ci ilin mart ayında Rusiyanın xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Sergey Skripal və onun qızı Yulia Skripal Britaniyada kimyəvi silah hesab olunan maddə ilə zəhərlənib.


Geri dön