Ana Sayfa > Karusel / Sosial > Yoxa çıxan alpinistlər kimdir?

Yoxa çıxan alpinistlər kimdir?


27-12-2017, 11:12. Yazar: Admin

 

Yoxa çıxan alpinistlər kimdir?

 

Xəbər verdiyimiz kimi, ötən həftənin sonunda Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edər 3 alpinistimiz yoxa çıxıb. “Qafqazinfo”  xəbər verir ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir. 

“Qafqazinfo” həmin alpinistlər barədə araşdırma aparıb. Məlum olub ki, bu ilin fevral ayında alpinist Namin Bünyatov  iki nəfər həmkarı ilə  bərabər “Elbrus” zirvəsini fəth edib.

Fəridə Cəbrayılzadə isə həm də fotoqrafdır. O , ötən il “Atlas Travel” təşkil etdiyi “Qış nağılı”  fotomüsabiqəsində birinci yerə çıxıb. 

Babur Hüseynov 1990-ci il təvəllüdlüdür. O, Astara rayonunda anadan olub. Bu ilin 4-8 sentyabr arası Gürcüstanda Kazbek dağında (5047) olub. Bir çox hikinglərə rəhbərlik edib. Ötən il dekabr ayında Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042m)  dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq  onlar zirvəyə çıxmağı bacarıblar. 

Günel Türksoy

 








Geri dön