Ana Sayfa > Karusel / Gündəm > Ötən gün 49 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Ötən gün 49 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb


16-12-2020, 11:09. Yazar: Admin

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumata görə, dekabrın 15-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 49 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

 

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə 32 nəfər barəsində cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.


Geri dön