Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İslandiya və Aİ müdafiə sahəsində tərəfdaşlıq üzrə danışıqlara başlayacaq
Ana Sayfa > Karusel / Dünya > İslandiya və Aİ müdafiə sahəsində tərəfdaşlıq üzrə danışıqlara başlayacaq

İslandiya və Aİ müdafiə sahəsində tərəfdaşlıq üzrə danışıqlara başlayacaq


18-07-2025, 08:36. Yazar: Admin

İslandiya və Aİ müdafiə sahəsində tərəfdaşlıq üzrə danışıqlara başlayacaq

İslandiyanın Baş naziri Kristun Frostadottir ölkəsinin Avropa İttifaqı ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq barədə danışıqlara başlamaq niyyətini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Frostadottir ümid etdiyini bildirib ki, Aİ ilə müdafiə tərəfdaşlığına dair danışıqlar ilin sonuna qədər başa çatacaq.

“İnfrastruktur, mülki müdafiə, iki məqsədli müdafiə sənayesinə sərmayələr, habelə hibrid və kibertəhdidlər kimi həyati sahələrdə əməkdaşlıq edə biləcəyimizi nümayiş etdirmək bizim üçün son dərəcə vacibdir”, – deyə o vurğulayıb.


Geri dön