Ana Sayfa > Karusel / Dünya > 11 ölkədən Suriyadakı hadisələrlə bağlı - Bəyanat

11 ölkədən Suriyadakı hadisələrlə bağlı - Bəyanat


Bu gün, 08:26. Yazar: Admin

11-olkeden-suriyadaki-hadiselerle-bagli 

Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İraq, Oman, Qətər, Küveyt, Livan və Misir Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəklərini ifadə edərək birgə bəyanat yayıblar.

Qarabaginfo.az bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir.

Adı çəkilən ölkələrin XİN başçılarının aralarında apardıqları danışıqlardan sonra yaydıqları birgə bəyanatda İsrailin Suriyaya qarşı təkrarlanan hücumları qəti şəkildə pislənib.

Bundan başqa, hücumların Suriya ərazisinin və xalqının birliyini, təhlükəsizliyini və sabitliyini sarsıtdığı vurğulanıb.

Nazirlər beynəlxalq ictimaiyyəti Suriya hökumətinə yenidənqurma prosesində dəstək verməyə çağırıblar.


Geri dön