Ana Sayfa > Karusel / Dünya > Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edib
Sloveniya iki israilli nazirə qarşı sanksiya tətbiq edibDünən, 20:38. Yazar: Admin |
Sloveniya hökuməti İsrailin iki nazirinə qarşı sanksiya tətbiq edərək onların ölkəyə girişini qadağan edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Sloveniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, sanksiyalar İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçə şamil olunur. Onlar Qəzza zolağında soyqırıma çağırışda ittiham edilirlər. Geri dön |