Fransa Seneqaldakı son iki hərbi hissəsini Seneqal hökumətinə təhvil verib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Fransa və Seneqal rəsmilərinin iştirak etdiyi mərasim keçirilib.
Belə ki, “Camp Geille” hərbi bazası və Dakar hava limanındakı ərazin Seneqal rəhbərliyinə qaytarılıb.
350-yə yaxın fransız əsgərinin öz ölkələrinə qayıtması ilə sonra Fransanın qərbi və mərkəzi Afrikada daimi hərbi mövcudluğu sona yetəcək.
Qeyd edək ki, 2024-cü ildə Seneqalda prezident seçkilərində qalib gələn Bassiru Diomaye Fransa hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb etmişdi.