Ana Sayfa > Karusel / Siyasət / Region > “Rusiya seçim qarşısında qalsa Qafqazdan imtina edəcək” –Erməni politoloq

“Rusiya seçim qarşısında qalsa Qafqazdan imtina edəcək” –Erməni politoloq


17-07-2025, 10:25. Yazar: Admin

“Əgər Rusiya Ukrayna və Qafqaz arasında seçim qarşısında qalacaqsa, Moskva bütün diqqətini Ukraynaya yönəldəcək“.

Qarabaginfo.az  bildirir ki, bu barədə ABŞ-ın Lehi Universitetinin professoru Arman Qriqoryan “Ermənistan xəbərləri” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Qafqaz nə qədər vacibdirsə, Ukrayna ondan da önəmlidir: “Rusiyanın vəziyyətinin nə qədər çətin olduğunu, yəni belə çətin seçim etmək həddinə çatıb-çatmadığını bilmirik. Amma çətin seçim yaranarsa, onlar öz qüvvələrini və resurslarını Ukrayna üçün saxlamağa məcbur olacaqlar. Mənə elə gəlir ki, bu halda onlar Qafqazdan imtina edəcəklər”, – ekspert qeyd edib.

Professor Qriqoryanın sözlərinə görə, Rusiya tərəfinin Qarabağ məsələsi və Ermənistan-Azərbaycan danışıqları baxımından bir çox fərqli üstünlüklərə malik olub: “Onlar Qarabğın statusunu qeyri-müəyyən vəziyyətdə qoymaq və ilk növbədə Rusiyanın vasitəçiliyi və zəmanəti ilə həyata keçiriləcək Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasına şərait yaratmaq istəyirdilər. Bu, Rusiyaya sülhməramlı qüvvələrini orada buraxmağa imkan verəcəkdi” – politoloq qeyd edib.


Geri dön